Icma.az, Qol.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Vlahoviç "Beşiktaş"ın təklifini rədd etdi
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
"Yuventus"dan ayrıldıqdan sonra azad agentə çevrilən Duşan Vlahoviç "Beşiktaş"ın təklifini qəbul etməyib.
QOL.az xəbər verir ki, "Sport.es" nəşrinin məlumatına görə, Türkiyə klubu 26 yaşlı hücumçuya illik 8 milyon avro maaş və 5 milyon avro imza bonusu nəzərdə tutan 2 illik müqavilə təklif edib. Lakin serbiyalı futbolçu karyerasını "Barselona"da davam etdirmək istədiyi üçün bu təklifi rədd edib.
Bildiriliir ki, Vlahoviç "Barselona"nın mümkün transfer namizədləri siyahısında yer alır.
Qeyd edək ki, Vlahoviç ötən mövsüm bütün turnirlərdə 23 oyunda meydana çıxıb, 10 qol vurub və 2 məhsuldar ötürmə edib.