Icma.az, Qol.az portalına istinadən məlumat verir.
Vlahoviç rəsmən "Beşiktaş"da
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Serbiyalı hücumçu Duşan Vlahoviç "Beşiktaş"a keçib.
QOL.az xəbər verir ki, İstanbul klubu 26 yaşlı futbolçunun transferini rəsmən açıqlayıb. Hazırda müqavilənin detalları barədə məlumat açıqlanmayıb.
"Sport.es" nəşrinin məlumatına görə, "Beşiktaş" Vlahoviçə 2 illik müqavilə və mövsümə 8 milyon avro maaş təklif edib. Bununla yanaşı, futbolçuya 5 milyon avro imza bonusu ödəniləcək.
Qeyd edək ki, "Yuventus"dan ayrıldıqdan sonra azad agent statusunda olan futbolçu 2025/26 mövsümündə 23 oyunda 10 qol vurub və 2 məhsuldar ötürmə edib.