Fanat portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bu yay "Yuventus"la müqaviləsinin müddəti başa çatacaq serbiyalı hücumçusu Duşan Vlahoviçin karyerasını harada davam etdirəcəyi futbol həvəskarlarını maraqlandıran mövzulardan biridir.
Fanat.Az "Sky Sports"a istinadən xəbər verir ki, 26 yaşlı forvard hələ də Turin təmsilçisi ilə yeni anlaşma ilə bağlı razılığa gəlməyib.
Onun azad agent qismində "Milan"a keçəcəyi gözlənilsə də, "Bayern Münhen" variantı da yetərincə realdır.
Vlahoviç 2022-ci ilin yanvarından "Yuventus"da çıxış edir. Cari mövsüm "qoca sinyora"nın heyətində 18 matça çıxan ön xətt oyunçusu 6 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. "Transfermarkt" portalı onun transfer qiymətini 35 milyon avro ilə dəyərləndirir.
Toğrul