Vlahoviç Yuventus u İngiltərə klubuna dəyişmək üzrədir

15.08.2025

Icma.az bildirir, Fanat saytına əsaslanaraq.

"Yuventus"un hücumçusu Duşan Vlahoviç karyerasını İngiltərədə davam etdirməyə yaxındır.

Fanat.Az xəbər verir ki, informasiyanı "La Gazzetta dello Sport" yayıb.

Məlumata görə, onun xidmətində "Nyukasl" maraqlıdır. Mənbə Turin klubunun ildə 12 milyon avroya yaxın maaş alan serb forvardı satmağın əleyhinə olmadığını vurğulayıb. Keçidin bu yay reallaşa biləcəyi diqqətə çatdırılıb.

Qeyd edək ki, ötən mövsüm bütün turnirlərdə 44 matça çıxan Vlahoviç 17 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb. Ön xətt oyunçusunun "qoca sinyora" ilə müqaviləsinin müddəti 2026-cı ilin yayına qədər nəzərdə tutulub. "Transfermarkt" portalı Duşanın transfer qiymətini 35 milyon avro ilə dəyərləndirir.

Nihat

Abunə Ol

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью