Vlahoviçin cəzası bəlli oldu

11.09.2026

Apasport saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Türkiyə Futbol Federasiyası “Beşiktaş”ın hücumçusu Duşan Vlahoviçlə bağlı qərarını açıqlayıb.

Apasport.az xəbər verir ki, serbiyalı futbolçu Superliqanın IV turunda “Fənərbaxça” ilə səfər matçında yaşanan insidentə görə cəzalandırılıb.

Milan Şkrinyarla qarşıdurma yaşayan Vlahoviç Peşəkar Futbol İntizam Komitəsinə (PFDK) göndərilib. Qurum 26 yaşlı hücumçuya 1 rəsmi oyunluq diskvalifikasiya və 100 min Türkiyə lirəsi məbləğində cərimə tətbiq edib.

Bu səbəbdən Vlahoviç bu gün Superliqanın V turunda “Ərzurumspor”la keçiriləcək qarşılaşmada iştirak etməyəcək.

Türkiyə mətbuatının məlumatına görə, “Beşiktaş” rəhbərliyi futbolçunun cəzasının ləğvi üçün federasiyaya müraciət edib.

Qeyd edək ki, “Beşiktaş” IV turda səfərdə “Fənərbaxça”nı 2:1 hesabı ilə məğlub edib.

Aziz Yıldırım: “İsmail Kartal işinin başındadır” İsmail Kartal İSTEFA VERDİ Ziyeş rəsmən Braziliya klubunda "Yuventus" və "Fənərbaxça"nın sabiq futbolçusu butslarını "mismardan asdı" Okafordan sərt qərar – Murat Yakın gedənədək İsveçrə millisində oynamayacaq
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью