Vlahoviçin milliyə qoşulmamasının səbəbi bilindi

09.11.2026

Icma.az bildirir, Qol.az portalına istinadən.

Vlahoviçin milliyə qoşulmamasının səbəbi bilindi

“Beşiktaş”ın hücumçusu Duşan Vlahoviç Serbiya millisinin noyabr toplanışında iştirak etməyəcək.

QOL.az xəbər verir ki, "A Spor"un məlumatına görə, yığmanın baş məşqçisi Velko Paunoviç 26 yaşlı futbolçunun şəxsi səbəblərə görə toplanışa qatılmayacağını açıqlayıb:

"Onun bu müddətdə həll etmək istədiyi şəxsi məsələsi var. Onun əvəzinə danışmağım düzgün olmaz. Cavab verməyə hazırdırsa, özündən soruşun".

Paunoviç hücumçunun yoxluğunun komanda üçün itki olduğunu, lakin bunun digər futbolçulara özlərini göstərmək imkanı yaradacağını da vurğulayıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью