Vlkolinec sakinləri UNESCO dan bezib “Status artıq şərəf deyil”

29.01.2026

Icma.az, Bakupost saytından verilən məlumata əsaslanaraq xəbər yayır.


Slovakiyada yerləşən və hər il təxminən 100 min turistin ziyarət etdiyi Vlkolinec kəndinin sakinləri UNESCO Dünya İrsi statusunun geri alınmasına çağırış ediblər.

Bakupost.az “Mirror” nəşrinə istinadən xəbər verir ki, Karpat dağlarında yerləşən, 45 rəngli taxta binadan ibarət orta əsrlərə aid yaşayış məskəni olan kənd 1993-cü ildən UNESCO siyahısına daxil edilib. Təşkilat kəndi bölgədə ən yaxşı qorunmuş xalq memarlığı nümunələrindən biri kimi qiymətləndirir.
Lakin yerli sakinlər bildirir ki, kütləvi turizm gündəlik həyatı dözülməz hala gətirib. Kənddə daimi olaraq cəmi 4 ailə, yəni 20-dən az insan yaşayır. Onların sözlərinə görə, turistlər tez-tez şəxsi həyətlərdən keçir, icazəsiz evlərin pəncərələrindən içəri boylanır, şəkil çəkirlər.
Bir kənd sakini nəşrə bildirib ki, “UNESCO bizi turistlər üçün bir növ açıq hava zooparkına çevirib”. Onun sözlərinə görə, bu status artıq şərəf deyil, “yaşayan kabusa” çevrilib.
Sakinlər həmçinin UNESCO-nun tətbiq etdiyi sərt qoruma qaydalarının ənənəvi həyat tərzini məhdudlaşdırdığını deyirlər. Kəndin ən yaşlı sakini Anton Sabuça bildirib ki, qaydalar səbəbindən artıq heyvan saxlamaq və əkinçiliklə məşğul olmaq mümkün deyil.
UNESCO isə ərazinin ən yüksək qoruma statusu altında olduğunu və yeni tikililərin qadağan edildiyini açıqlayıb. Bununla yanaşı, təşkilat Vlkolinecin turizmin mənfi təsirlərinə qarşı həssas olduğunu da etiraf edib.
Cavid, BakuPost
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью