Voleybol hakimimiz Avropa çempionatında

09.07.2026

Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.

Beynəlxalq dərəcəli hakim Kəmalə Əsgərova Avropa Voleybol Konfederasiyası tərəfindən təyinat alıb.

Azərbaycan Voleybol Federasiyasından verilən məlumata görə, K.Əsgərova İtaliyada keçirilən voleybol üzrə 18 yaşadək (U-18) oğlanlar arasında Avropa çempionatının final mərhələsinin oyunlarında hakim kimi ədaləti qoruyur.

İyulun 7-də start götürən qitə birinciliyi ayın 18-dək davam edəcək.

Qabil YUSİFOĞLU
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью