Voleybol Millətlər Liqası: Türkiyə çempion!

26.07.2026

Apasport saytına istinadən Icma.az xəbər verir.

Türkiyənin qadın voleybolçulardan ibarət millisi 2026-cı il FIVB Millətlər Liqasının qalibi olub.

Apasport.az xəbər verir ki, Daniele Santarellinin rəhbərlik etdiyi komanda finalda Braziliya yığmasını 3:1 hesabı ilə məğlub edib.

Türkiyə yığması bununla da tarixində ikinci dəfə Millətlər Liqasının kubokuna sahib çıxıb.

Qeyd edək ki, Türkiyə millisi ilk dəfə 2023-cü ildə bu turnirin qalibi olmuşdu. 2026-cı il çempionluğu isə komandanın Millətlər Liqasındakı ikinci zəfəri kimi tarixə düşüb.

Milli Gimnastika Arenasında Avropa çempionatı ilə bağlı təşkilati məsələlər müzakirə edilib Azərbaycan çempionunda yeni müqavilə “Gəncə”nin üç voleybolçusu milli komandalarda Kəmalə Əsgərova U-18 Avropa çempionatının oyunlarına təyinat alıb Azərbaycanı avrokuboklarda 4 komanda təmsil edəcək
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью