Cbcsport saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında II tura yekun vurulub.
Sonuncu oyun Gəncədə keçirilib.
Şəhərin eyniadlı komandası “Milli Aviasiya Akademiyası”nı qəbul edib. Qarşılaşma qonaqların qələbəsi ilə yekunlaşıb - 3:2 (20:25, 21:25, 25:17, 25:18, 15:11)
Qeyd edək ki, turun əvvəlki görüşlərində "Azərreyl" "Murov Az Terminal"ı (3:2), "Abşeron" isə UNEC-i (3:0) məğlub edib.