Voleybol üzrə Azərbaycan millisi Avropa Qızıl Liqasının ilk oyununda məğlub olub

30.05.2025

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakı, 30 may, AZƏRTAC

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa Qızıl Liqasında ilk oyununa çıxıb.

AZƏRTAC xəbər verir ki, Faiq Qarayevin rəhbərlik etdiyi komanda doğma meydanda Macarıstanla qarşılaşıb.

Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində reallaşan görüş rəqibin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Milli komanda qrupda ikinci oyununu isə iyunun 1-də Sloveniya kollektivinə qarşı keçirəcək. Həmin qarşılaşma da Voleybol Mərkəzində təşkil olunacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью