Voleybol üzrə çimərlik millimiz Misirə yollanacaq

14.02.2025

Icma.az xəbər verir, sport24.az saytına əsaslanaraq.

Fevralın 21-dən 23-dək Misirin Hurqada şəhərində çimərlik voleybolu üzrə dünya çempionatı ("The Clash Beach Volleyball tournament") keçiriləcək. Sport24.az yerli KİV-ə istinadla xəbər verir ki, Səhl Haşiş çimərliyində təşkil olunacaq yarışda 30 ölkədən 97 komanda, ümumilikdə 165 kişi və qadın idmançı iştirak edəcək.

Azərbaycan yığması da turnirə qatılacaq kollektivlər arasında yer alıb. 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью