Voleybol yığmamız Polşaya yollandı

19.11.2024

sport24.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

16 yaşadək voleybolçu qızlardan ibarət Azərbaycan millisi Şərqi Avropa Voleybol Zonal Assosiasiyası (EEVZA) çempionatında iştirak etmək üçün Polşanın Debica şəhərinə yola düşüb. Sport24.az xəbər verir ki, yığma səfərə 16 voleybolçu ilə yollanıb.

Şahin Çatmanın rəhbərlik etdiyi komanda Estoniya, Litva və Ukrayna kollektivləri ilə üz-üzə gələcək. Yığma ilk matçını noyabrın 20-də Estoniyaya qarşı keçirəcək.

Qeyd edək ki, noyabrın 20-23-də baş tutacaq yarış AVRO-2025-ə seçmə xarakter daşıyır. Reqlamentə əsasən, çempion komanda qitə birinciliyinin final mərhələsinə vəsiqə əldə edəcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью