Voleybolçu qızlarımız Rumıniya komandasını məğlub etdi

24.08.2026

Icma.az xəbər verir, Bizim media saytına əsaslanaraq.

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Bakının ev sahibliyi etdiyi Avropa çempionatının C qrupunda növbəti oyununu keçirib.
Bizim.Media xəbər verir ki, Faiq Qarayevin baş məşqçisi olduğu kollektiv qrup mərhələsinin III turunda Rumıniya komandası ilə qarşılaşıb.
 

Milli Gimnastika Arenasında keçirilən görüş komandamızın 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. Xallarını 8-ə çatdıran Azərbaycan millisi C qrupunda liderliyini davam etdirir.


Yığma daha əvvəl Portuqaliya komandasını 3:1, İspaniya yığmasını isə 3:0 hesabı ilə üstələyib. Komanda növbəti oyunlarını Belçika və Niderland seçmələrinə qarşı keçirəcək.
Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью