Voleybolçularımız hazırlığını Gürcüstanda keçirəcək

30.05.2025

Icma.az, Idman.biz portalına istinadən məlumatı açıqlayır.

Avropa Gümüş Liqasında iştirak edəcək kişi voleybolçulardan ibarət Azərbaycan millisi hazırlığın növbəti mərhələsini Gürcüstanda keçir.

İdman.biz xəbər verir ki, Tbilisidə 5 gün davam edəcək təlim-məşq toplanışı çərçivəsində komandamız yoxlama oyunlarında da qüvvəsini sınayacaq.

Yığmamız Avropa Gümüş Liqasında ilk turun oyunlarını 6-8 iyun tarixlərində İsveçdə keçirəcək. İkinci turun qarşılaşmaları iyunun 13-15-də Azərbaycanda, üçüncü tur isə iyunun 20-22-də Farer adalarında təşkil olunacaq.

İdman.biz

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью