Voleybolçularımız Polşaya yollanıb İdman və Biz | Icma.az
Icma.az, Idman.biz portalına istinadən məlumat yayır. 16 yaşadək voleybolçu qızlardan ibarət Azərbaycan millisi Şərqi Avropa Voleybol Zonal
İdman.biz xəbər verir ki, Şahin Çatmanın rəhbərlik etdiyi komanda Estoniya, Litva və Ukrayna yığmaları ilə üz-üzə gələcək.
Millimiz ilk matçını noyabrın 20-də Estoniyaya qarşı keçirəcək. Noyabrın 20-23-də baş tutacaq yarış AVRO-2025-ə seçmə xarakteri daşıyır.
Reqlamentə əsasən, çempion qitə birinciliyinin final mərhələsinə vəsiqə əldə edəcək.
U-16 yığmamızın heyəti: Oyunçular: Nisə Əlizadə, Mələk Hacızadə, Aysel Nəbiyeva, Fatimə Əliyeva, Liel Vetkina, Kamilla Manaxova, Çinarə Yusubova, Aylin Əlizadə, Dilarə Ağayeva, Nuray Vahablı, Zeynəb Quluzadə, Mədinə Əlibəyova, Məryəm Qocayeva, Çinarə Rəhimova.
Baş məşqçi: Şahin Çatma. Məşqçilər: Hamid Anvari, Pərvin Səfərli.
İdman.biz Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu