Voleybolçularımız qrupun son oyununda məğlub oldular

28.08.2026

Icma.az, Bizim media portalına istinadən məlumat verir.

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Bakıda təşkil olunan Avropa çempionatının C qrupunda sonuncu oyununu keçirib.
Bizim.Media xəbər verir ki, Faiq Qarayevin baş məşqçisi olduğu kollektiv Niderland seçməsi ilə üz-üzə gəlib.
 

Milli Gimnastika Arenasındakı qarşılaşma rəqibin qələbəsi ilə yekunlaşıb - 3:1.
Azərbaycan millisi 8 xalla qrup üçüncüsü kimi 1/8 finala vəsiqə qazanıb.

Xatırladaq ki, daha əvvəl Portuqaliya, Serbiya və Rumıniyanı məğlub edən yığma Belçikaya uduzub.
Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью