Voleybolçularımız U 22 Avropa çempionatında mübarizə aparıblar

14.09.2026

Idman.biz portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycanın çimərlik voleybolçuları İspaniyanın paytaxtı Madriddə keçirilən U-22 Avropa çempionatında mübarizə aparıblar.

İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Voleybol Federasiyası məlumat yayıb.

Bildirilib ki, turnirdə ölkəni İbrahim Məmmədov - Məhəmməd Aslanlı və Səbinə Əlizadə - Leyla Əliyeva cütlükləri təmsil ediblər.

İ.Məmmədov - M.Aslanlı dueti təsnifat mərhələsində İtaliyaya (0:2) və İsrailə (1:2) məğlub olublar.

Əsas mərhələdə çıxış edən S.Əlizadə - L.Əliyeva tandemi isə İtaliya (0:2), Çexiya (0:2) və Danimarka (0:2) komandalarına uduzublar.

Sentyabrın 9-13-də təşkil olunan qitə birinciliyində oğlanların yarışında 26 ölkədən 32 cüt, qızların mübarizəsində isə 22 ölkədən 28 cüt qüvvəsini sınayıb.

Qeyd edək ki, Azərbaycanın çimərlik voleybolçuları sentyabrın 17-20-də Türkiyənin İzmir şəhərində keçiriləcək U-18 Avropa çempionatında da iştirak edəcəklər.

İdman.Biz
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью