Voleybolçularımızdan AÇ təsnifatında uğursuz çıxış

30.03.2026

Apasport saytına istinadən Icma.az xəbər verir.

18 yaşadək voleybolçu qızlardan ibarət Azərbaycan yığması Avropa çempionatının II təsnifat mərhələsində mübarizəsini başa vurub.

Apasport.az xəbər verir ki, martın 27-də İspaniyanın Kadis şəhərində start götürən yarışda C qrupunda yer alan komanda meydan sahibi ilə yanaşı, Estoniya və Niderland yığmaları ilə qarşılaşıb.

Milli hər üç görüşdə məğlub olub.

Qeyd edək ki, AVRO-2026-nın ikinci təsnifat mərhələsində 20 komanda 5 qrupda mübarizə aparıb və qrup birinciləri qitə çempionatının final mərhələsinə vəsiqə qazanıb.

2026 Avropa Çempionatı (2-ci təsnifat mərhələsi)
C qrupu
Oyunların nəticəsi

27 mart
İspaniya – Azərbaycan 3:0 (25:10, 25:19, 25:17)

28 mart
Niderland – Azərbaycan 3:0 (25:11, 25:12, 25:16)

29 mart
Azərbaycan – Estoniya 0:3 (15:25, 20:25, 15:25)

Bu gün XIX tura start veriləcək Azərbaycan Voleybol Federasiyası hakimlərin hazırlığı üzrə seminarın sonuncu mərhələsini keçirib Azərbaycanlı mütəxəssis 1/4 final görüşündə Azərbaycan millisi İspaniyada AVRO-2026-nın təsnifat turnirində mübarizə aparacaq Yüksək Liqada pley-off mərhələsinin təqvimi bəlli olub
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью