Voleybolçumuzun komandası uğursuz seriyasını dayandırıb

04.02.2025

Idman.biz saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycan millisinin voleybolçusu Polina Rəhimovanın çıxış etdiyi “Osasko” Braziliya çempionatındakı uğursuz seriyasını dayandırıb.

İdman.biz xəbər verir ki, medallara iddialılardan biri olan komanda ardıcıl iki məğlubiyyətdən sonra qələbə qazanıb.

“Osasko” üç setdə “Bauru”ya qalib gəlsə (3:0) də, Polina görüşdə iştirak etməyib.

Qələbə komandaya 35 xalla turnir cədvəldə 4-cü pilləyə yüksəlməyə imkan verib. "Osasko" lider "Praia"dan 3 xal geri qalır.

İdman.biz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью