Voleybolda yeni dünya rekordu

27.08.2026

525.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Kişilərdən ibarət Almaniya və İspaniya voleybol millilərinin oyununda yeni rekord qeydə alınıb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, rekord 1 setin davam etməsi ilə bağlıdır.

İtaliyanın Redco-di-Calabriya şəhərində keçirilən FIPAV Cup Men Elite turnirində bu milliləri oyunu zamanı birinci setdə 130 xal toplanılıb. 89 dəqiqə davam edən hissə almanların 66:64 hesablı qələbəsi ilə başa çatıb.

Yeri gəlmişkən, bundan əvvəlki rekord Argentina və Polşa millilərinin bu ilki Millətlər liqasındakı qarşılaşması zamanı qeydə alınmışdı. Həmin oyunun birinci seti 62 dəqiqə çəkmiş və argentinalıların 50:48 hesablı qələbəsi ilə başa çatmışdı.

L.Tağıyeva

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью