Icma.az, Oxu.az portalına istinadən məlumat yayır. "Meteoroloji fəlakətlərin sayı və şiddəti günü-gündən artır.
Türkiyə meteoroloji fəlakətlərdən əhəmiyyətli dərəcədə təsirlənir.
Təbii ki, meteoroloji fəlakətlərdən təsirlənməmək üçün erkən xəbərdarlıq sistemləri böyük əhəmiyyət kəsb edir".
Bu sözləri Oxu.Az-a açıqlamasında Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyasına (COP29) qatılan Türkiyənin Ətraf mühit, Şəhərsalma və İqlim Dəyişikliyi Nazirliyinin Hidrometeorologiya Xidmətinin rəisi Volkan Mutlu Coşqun deyib.
O, erkən xəbərdarlıq sistemlərini Türkiyədə qurduqlarını bildirib: "Həmçinin, bu sistemlərin Türk Dövlətləri Təşkilatına üzv ölkələrə inteqrasiya olunması istiqamətində işlərə başlanılıb.
Vətəndaşlarımızın can və mal itkisini minimuma endirmək əsas vəzifəmizdir. Biz bunun üçün 2053 ədəd müşahidə sistemi tədarük etmişik.
Çünki proqnozlarda ilkin müşahidə çox önəmlidir. Biz hava proqnozlarında radarlardan və avtomatik meteoroloji müşahidə stansiyalarından isti
Biz ani məlumatları alır, onları emal edir, meteoroloji fəlakətlər baş verməmişdən əvvəl aşkarlayır və bu erkən xəbərdarlıqları vətəndaşları