Volkov 50ci qolunu vurub

02.12.2024

Apasport saytından alınan məlumata görə, Icma.az bildirir.

"Zirə"nin legioneri Davit Volkov Misli Premyer Liqasında 50-ci qolunu vurub.

Apasport.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, o, XV turun “Sumqayıt”la görüşündə (4:1) het-trikə imza atıb.

D.Volkovun matçdakı son qolu yubiley – 50-ci olub.

Gürcüstanlı hücumçu buna Premyer Liqadakı 163-cü görüşündə çatıb. Volkov Azərbaycanda üç klubda forma geyinib. O, “Zirə”də 27, “Sabah”da 16, “Qəbələ”də 7 qola imza atıb.

Davit Azərbaycan çempionatları tarixində 50 və daha çox qol vuran 41-ci futbolçudur.

1 Nazim Əliyev 183 2 Müşfiq Hüseynov 125 3 Rövşən Əhmədov 116 4-5 Qurban Qurbanov 115   Samir Ələkbərov 115 6 Alay Bəhramov 108 7 Nadir Nəbiyev 103 8-9 Xaqani Məmmədov 102   Vadim Vasilyev 102 10 Kənan Kərimov 101 11 Musa Qurbanov 94 12 Fazil Pərvərov 89 13 Samir Musayev 88 14-15 Fərrux İsmayılov 85   İmamyar Süleymanov 85 16 Samir Əliyev 84 17 İsmayıl Məmmədov 76 18 İlham Məmmədov 74 19 Azər İsayev 73 20 Paşa Əliyev 72 21 Badri Kvaratsxeliya 71 22 Zaur Ramazanov 70 23 Yunis Hüseynov 66 24-25 Vidadi Rzayev 65   Mahir Əliyev 65 26 Rauf Əliyev 63 27-29 Mahmud Qurbanov 61   Ramiz Məmmədov 61   Georgi Adamiya 61 30-31 Mahir Emreli 59   Filip Ozobiç 59 32 Rəşad Abdullayev 58 33 Vaqif Cavadov 53 34 Amil Yunanov 52 35-36 Həsən Abdullayev 51   Riçard Almeyda 51 37-41 Vüqar Qəmbərov 50   Mehman Baxışov 50   Yalçın Bağırov 50   Viktor İqbekoyi 50   Davit Volkov 50 Qurban Qurbanov: “Lion”la oyunda çox yorulmuşduq” “Qarabağ”da ciddi İtki “Neftçi Arena”da ara qarışdı - VİDEO “Qarabağ” “Neftçi”ni məğlub etdi - YENİLƏNİB "Qarabağ" azarkeşlərindən "Neftçi"yə göndərmə - FOTO
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью