Volkovdan 50ci qol

02.12.2024

Icma.az, Footbal-plus saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Davit Volkov ölkə çempionatlarında 50-ci qolunu vurub.

"Football-plus.az" xəbər verir ki, “Zirə”nin futbolçusu Misli premyer-liqasının 15-ci turunun “Sumqayıt”la görüşündə (4:1) het-trikə imza atıb. Onun matçdakı son topu yubiley – 50-ci olub.
Gürcüstanlı hücumçu buna Premyer Liqadakı 163-cü görüşündə çatıb. Volkov Azərbaycanda üç klubda forma geyib. O, “Zirə”də 27, “Sabah”da 16, “Qəbələ”də 7 qola imza atıb.
Davit Azərbaycan çempionatları tarixində 50 və daha çox qol vuran 41-ci futbolçudu.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью