“Volkswagen” 100 min işçini əhatə edən qərar qəbul edib

01.10.2026

Icma.az bildirir, Banco.az portalına istinadən.

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Volkswagen” 100 min işçini əhatə edən qərar qəbul edib.

Banco.az xəbər verir ki, Almaniyanın avtomobil istehsalçısı “Volkswagen” (VW) iqtisadi çətinliklərlə mübarizə çərçivəsində “IG Metall” həmkarlar ittifaqı ilə imzaladığı bir sıra şirkətdaxili kollektiv əmək müqavilələrinə birtərəfli qaydada xitam verəcəyini açıqlayıb.

“Volkswagen” tərəfindən verilən açıqlamada mövcud iqtisadi şərait səbəbindən bir sıra kollektiv əmək müqavilələrinin dekabrın 31-dən etibarən ləğv ediləcəyi bildirilib.

Xitam veriləcək müqavilələr arasında şirkətin Almaniyadakı əsas zavodlarında çalışan təxminən 100 min işçini əhatə edən və iş saatları, məzuniyyət ödənişləri kimi hüquqları tənzimləyən çərçivə müqaviləsi də yer alır.

Şirkət sonuncu dəfə 2024-cü ilin sentyabrında oxşar ləğvetmə qərarı qəbul edib və həmin dövrdə məcburi ixtisarlar həyata keçirilmədən 35 min nəfərlik məşğulluğun azaldılmasını nəzərdə tutan razılaşma əldə olunmuşdu. Lakin “Volkswagen”in baş icraçı direktoru (CEO) Oliver Blumun rəhbərliyi ilə həyata keçirilən genişmiqyaslı yenidən strukturlaşdırma prosesi fonunda daha əvvəl fəaliyyətinin qorunması təmin edilən bəzi zavodlar yenidən bağlanma riski ilə üzləşib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью