Volkswagen” 114 mindən çox avtomobilini geri çağıracaq

16.11.2024

Banco.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Almaniyanın avtomobil istehsalçısı "Volkswagen" təhlükəsizlik yastıqları ilə bağlı problemlərə görə ABŞ bazarından 114,5 min avtomobili geri çağıracaq.

Banco.az xəbər verir ki, bu barədə ABŞ Milli Avtomobil Yolları Hərəkətinin Təhlükəsizliyi İdarəsi (NHTSA) məlumat yayıb.

Məlumata görə, geri çağırılma 2006-cı ildən 2019-cu ilə qədər istehsal olunan "Beetle" və "Passat" modellərinə şamil ediləcək.

Ən sərfəli kredit üçün müraciət et

Tənzimləyici qeyd edib ki, səbəb sürücü tərəfindəki ön hava yastığının nasazlığı olub, hansı ki yüksək temperaturlara məruz qaldıqda spontan işləməyə səbəb ola bilər.

Şirkət hələlik məsələ ilə bağlı hər hansı şərh verməyib. Problemi həll etmək üçün dilerlər sürücünün ön hava yastığı modulunu pulsuz əvəz edəcəklər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью