Volkswagen 5,8 milyard avro zərər etdi

29.10.2026

Icma.az, Bakivaxti saytına istinadən bildirir.

Almaniyanın avtomobil istehsalçısı "Volkswagen Group" 2026-cı ilin üçüncü rübündə 5,8 milyard avro zərər edib.

Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, bu barədə şirkətin rüblük maliyyə hesabatında bildirilib.

Hesabata görə, iyul-sentyabr aylarında "Volkswagen" müştərilərə təxminən 1,9 milyon avtomobil tədarük edib. 

Üçüncü rübdə şirkətin ümumi gəliri 75 milyard avro təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 6,3% azalma deməkdir. Avtomobil istehsalçısının zərərləri təxminən altı dəfə artıb. Bu, bir il əvvəlki eyni dövrlə müqayisədə 14,3% azdır. 

Şirkət mənfi dinamikanı ABŞ tarifləri, Çin bazarında satışların azalması və Avropa bazarında artan rəqabətlə əlaqələndirib.

"Volkswagen" xərclərin azaldılması proqramı çərçivəsində qarşıdakı illərdə əlavə 12 min iş yerini ixtisar etməyi planlaşdırır. Bu ixtisarlar artıq təsdiqlənmiş 35 mindən çox iş yerinin ləğvini nəzərdə tutan optimallaşdırma proqramına əlavə olaraq həyata keçiriləcək.

Gülşən Şərif

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью