“Volkswagen“ ABŞ də zavod tikintisini tariflər səbəbindən ləğv edə bilər

25.01.2026

Icma.az, Moderator.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Alman avtomobil konserni "Volkswagen" yalnız ABŞ Prezidenti Donald Trampın tarifləri azaltması halında "Audi" üçün ABŞ-dəzavod tikə bilər.

Moderator.az xəbər verir ki, bu barədə şirkətin baş direktoru Oliver Blume bildirib.

Blume qısa müddətli xərclərin azaldılması və uzunmüddətli etibarlı çərçivə şərtlərinin vacib olduğunu vurğulayıb. O qeyd edib ki, tariflərin yüksək səviyyədə qalması əlavə böyük investisiyaların maliyyələşdirilməsini mümkünsüz edir.

"Audi" 2023-cü ildən ABŞ-də zavod tikintisini nəzərdən keçirir. Lakin Tramp administrasiyasının Avropa avtomobil istehsalçılarına tarif təzyiqi "Volkswagen Group" üçün 2025-ci ilin ilk doqquz ayında 2,1 milyard avro maliyyə çətinliyi yaradıb.

Blume ABŞ-də biznesin perspektivli strategiyası və artım imkanlarını qeyd etsə də, əvvəllər planlaşdırılan 10% bazar payı hədəfini artıq aktual saymır və addım-addım irəliləməyi vacib hesab edir. ABŞ-də zavodun tikintisi ilə bağlı Tramp administrasiyası ilə müzakirələr aparılsa da, hələlik konkret nəticə yoxdur.

(teleqraf)

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью