Icma.az, Konkret.az saytına istinadən bildirir.
Dünyanın ən böyük avtomobil istehsalçılarından olan “Volkswagen” şirkəti Almaniyanın Drezden şəhərindəki zavodunu bağlayacaq.
KONKRET.az “Financial Times” nəşrinə istinadən xəbər verir ki, “Volkswagen” işçi qüvvəsinin ixtisarının bir hissəsi olaraq 88 ildən sonra ilk dəfə ölkədə zavodunu qapadacaq.
Məlumata görə, zavodun bağlanması Almaniyadakı iqtisadi problemlərlə əlaqələndirilir.
Bildirilir ki, “Volkswagen”in elektrikli nəqliyyat vasitələrinə tələbat davamlı olmayıb. Şirkət daxiliyanma mühərriklərinin modernləşdirilməsinə xərclərini artırmaq məcburiyyətində qalıb.
Bağlanan zavod süni intellektin inkişafı üçün şəhərin texniki universitetinə icarəyə veriləcək və eyni zamanda, turistik məkan kimi xidmət edəcək.