“Volkswagen” Avropada elektromobillərin satışı üzrə Tesla nı keçdi

23.01.2026

Icma.az, Banco.az portalına istinadən məlumat verir.

Müəllif:Mehin Qasımova,Banco.az

"Volkswagen" 2025-ci ildə Avropada ən çox elektrikli avtomobil satan brendə çevrilərək "Tesla"nı geridə qoyub.

Banco.az xəbər verir ki,  "Volkswagen" ötən il Avropada 274 417 tam elektrikli avtomobil satıb ki, bu da əvvəlki illə müqayisədə 56% artım deməkdir.

Bu dövrdə "Tesla"nın Avropa satışları 27% azalaraq 238 765 ədədə düşüb. Buna baxmayaraq, "Tesla Model Y" 151 331 satışla Avropanın ən çox satılan elektrik avtomobili olaraq qalıb.

Mütəxəssislər Volkswagen-in üstünlüyünü geniş elektrik model çeşidiID seriyasının satışlarındakı sürətli artımla əlaqələndirirlər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью