“Volkswagen” belə “dəfn edildi” VİDEO

26.11.2024

Icma.az xəbər verir, Avtosfer saytına əsaslanaraq.

Almaniyanın Volfsburq şəhərində “Volkswagen” konserninin baş ofisi qarşısında avtomobil sektorunda işləyənlərin etiraz nümayişi keçirilib. 

Avtosfer.az xəbər verir ki, dinc aksiyada şəhərdəki bütün avtomobil və ehtiyat hissələri müəssisələrinin əməkdaşları iştirak ediblər. Onlar “Volkswagen” konsernindəki ixtisarlara bu yolla etirazlarını bildiriblər. Qara geyinmiş etirazçılar konserni “dəfn ediblər”.
Qeyd edək ki, konsern artıq Belçikadakı zavodunu bağlayıb. Almaniyadakı zavodlarda isə ixtisarlar planlaşdırılıb.

Vüqar Yaşaroğlu

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью