“Volkswagen”, BMW, “Audi” və “Mercedes” mənfəətlərinin azaldığını açıqladı

27.11.2024

Yeniavaz saytından verilən məlumata görə, Icma.az xəbər verir.


Almaniyanın ən böyük avtomobil istehsalçıları mənfəətlərinin kəskin azaldığını bildiriblər.
Yeniavaz.com
xarici KİV-ə istinadən xəbər verir ki, 2024-cü ilin üçüncü rübündə “Volkswagen”in mənfəəti 64% azalaraq 1,58 milyard avroya düşüb. Bu, əsasən Çində satışların azalması və yenidən strukturlaşdırma xərclərinin artması ilə bağlıdır. “Volkswagen”, on minlərlə iş yerinin itirilməsinə səbəb olan Avropadakı üç zavodunu bağlamağı planlaşdırır.
“Biz rəqabətədavamlı qalmaq üçün səylərimizi artırmalıyıq. Burada hər hansı bir gecikmə məsuliyyətsizlik olardı”, - “VW Group”-un maliyyə direktoru Arno Antlits bildirib.
“Audi”nin gəliri əsasən Avropa, Çin və ABŞ-də satışların kəskin azalması səbəbindən 91% azalaraq 106 milyon avroya düşüb. Buna cavab olaraq şirkət 3000 işçiyə təsir edən Brüsseldəki zavodunu bağlamağı düşünür.
Üçüncü rübdə BMW-nin mənfəəti 84% azalıb, “Mercedes-Benz” isə xalis mənfəətinin 54% azaldığını bildirib.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью