News24 saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Hazırda məşhur alman markası "Volkswagen" böhran içərisindədir.
News24.az xəbər verir ki, son günlər rəhbərliklə zavod işçiləri arasında ciddi mübahisələr baş qaldırıb. Əməkdaşlar məcburi tətil edəcəkləri ilə bağlı rəhbərliyə məlumat veriblər.
Məşhur markanın funksionerləri isə öz növbəsində Çin markaları ilə rəqabət yönündə çıxış yolu axtarır. Artıq onlar çıxış yolunu qiymətləri azaltmaqda yox, avtomobilin keyfiyyətli tərəflərini müştərilərə aşılamaq istəyirlər.
Şirkət, eyni zamanda, yeni avtomobil alan şəxslər üçün əlavə hədiyyə paketlərinin verilməsini düşünür.
Ağa Dadaşzadə