Volkswagen Çində istehsal olunan avtomobillərin ixracını artırmağı planlaşdırır

29.01.2026

Banco.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Müəllif:Mehin Qasımova,Banco.az

"Volkswagen" Çinin avtomobil bazarında qiymət rəqabəti fonunda istehsal olunan avtomobillərin ixracını artırmağı planlaşdırır.

Banco.az xəbər verir ki, bu barədə şirkətin baş direktoru Oliver Blume jurnalistlərə bildirib.

Blume qeyd edib ki, avtomobil istehsalçısı artıq Çindən Yaxın Şərq və Cənub-Şərqi Asiya ölkələrinə avtomobil göndərməyə başlayıb. Həmçinin şirkət Çində istehsal olunan yeni modelləri Afrika və Cənubi Amerika ölkələrinə ixrac etməyi nəzərdə tutur.

Baş direktor vurğulayıb: “Çində hazırlanmış texnologiyalar və məhsullar bizim üçün – əvvəllər Avropadan xidmət göstərə bilmədiyimiz bölgələrdə – yeni ixrac imkanları açır. Bu, Volkswagen Qrupu üçün yeni strateji vasitədir".

Şirkət elektrikli nəqliyyat vasitələri seqmentində yerli istehsalçılarla rəqabət qabiliyyətini artırmaq məqsədilə Çindəki fəaliyyətini yenidən təşkil edir. 

Alman avtomobil istehsalçısı ölkədə azalan satışların qarşısını almaq üçün bu il Çində 20 yeni elektrikləşdirilmiş avtomobil təqdim etməyi planlaşdırır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью