“Volkswagen” evə çırpıldı FOTOLAR

06.12.2024

Bakivaxti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Qaxda ağır yol-nəqliyyat qəzası olub.

Bakıvaxtı.az xəbər verir ki, qəza ötən axşam şəhərin İsmayıl Dağıstanlı küçəsində baş verib.

Belə ki, rayon sakini 1982-ci il təvəllüdlü Mustafayev Ramin İbrahim oğlu “Volkswagen” minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirərək maşını dirəyə, daha sonra isə evə çırpıb.

Qəzada ağır xəsarətlər alan sürücü Qax rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью