“Volkswagen” radar və ağıllı eynəklə təchiz edilmiş elektrik velosipedini təqdim etdi

23.07.2026

Icma.az xəbər verir, Lent az saytına əsaslanaraq.

"Volkswagen" şəhər nəqliyyatı üçün hazırladığı yeni elektrik velosipedini təqdim edib.

Lent.az xəbər verir ki, model arxa görüntü kamerası, radar sistemi və artırılmış reallıq (AR) texnologiyasını dəstəkləyən ağıllı eynəklərlə təchiz olunub.

Sistem sürücüyə arxadan yaxınlaşan nəqliyyat vasitələri barədə vaxtında xəbərdarlıq edir və yol hərəkəti zamanı təhlükəsizliyi artırmağı hədəfləyir.

Şirkət hesab edir ki, bu cür texnologiyalar gələcəkdə elektrik velosipedləri üçün standart xüsusiyyətə çevriləcək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью