“Volkswagen” şirkəti məşhur elektromobil ID.3 ün yenilənmiş versiyasını təqdim edib | Icma…
Oxumeni.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
“Volkswagen” şirkəti məşhur elektromobil ID.3-ün yenilənmiş versiyasını təqdim edib “Volkswagen” şirkəti Çində litium dəmir fosfat (LFP) akkumulyatorlu ID.3-ün yenilənmiş versiyasını təqdim edib.
Bu barədə avtomobil istehsalçısının rəsmi saytında məlumat verilib.
LFP batareyası Çinin “Contemporary Amperex Technology” (CATL) şirkəti tərəfindən təmin edilir.
O, 53,6 kVt/saat gücə malikdir və 451 km-ə qədər məsafəni təmin edir.
Yenilənmiş “Volkswagen ID.3” əvvəlki versiya ilə eyni mühərrikə malikdir. Avtomobilin xarici görünüşü də dəyişməyib.
Lakin onun interyeri müəyyən dəyişikliklərə məruz qalıb - indi o, daha premium görünür.
Mərkəzi idarəetmə ekranı 10-dan 12,9 düymədək artırılıb. Mərkəzi tunel simsiz şarj cihazı və iki fincan tutucusu ilə təchiz olunub.
Tam oxu
Xəbəri oxu