Volkswagen süni intellekt texnologiyalarına 1 milyard avro sərmayə qoyacaq

09.09.2025

Icma.az bildirir, Avtosfer portalına istinadən.

Almaniyanın avtomobil istehsalçısı "Volkswagen" 2030-cu ilə qədər süni intellekt texnologiyalarına 1 milyard avroya qədər sərmayə qoyacaq.
Avtosfer.az xəbər verir ki, bu barədə qurum məlumat yayıb.
Bildirilib ki, avtomobil istehsalçısı süni intellektni biznesinin bütün sahələrinə inteqrasiya etmək niyyətindədir və bununla da xərclərə qənaət etməyə ümid edir.
Şirkət qeyd edib ki, sərmayə süni intellektlə işləyən avtomobillərin, sənaye tətbiqlərinin inkişafına və yüksək performanslı İT infrastrukturunun genişləndirilməsinə yönəldiləcək. 2035-ci ilə qədər süni intellektin tətbiqindən gözlənilən xərclərə qənaətin 4 milyard avroya qədər olacağı gözlənilir.(iqtisadiyyat.az)

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью