Sia Az saytından alınan məlumata görə, Icma.az bildirir. Alman avtomobil istehsalçısı Volkswagen öz model çeşidini optimallaşdırmaq prosesin
Audi brendi R8 və A5 kabrioletləri ilə vidalaşdıqdan sonra növbə daha bir üstü açıq avtomobilə çatır.
SİA-nın məlumatına görə, T-Roc kabrioletinin istehsalı 2027-ci ildə dayandırılacaq.
T-Roc Cabrio-nun istehsalını dayandırmaq qərarı Volkswagen-in elektromobilliyə keçid və istehsal gücünü optimallaşdırmaq üzrə qlobal strategiyasının bir hissəsidir.
Şirkət diqqətini daha gəlirli və perspektivli modellərin istehsalına yönəldəcək.
Bundan əlavə, digər Volkswagen modelləri də təhlükə altında idi.
Beləliklə, 2026-cı ildə Arteon Shooting Brake universalının istehsalı dayandırılacaq.
Arteon sedanının istehsalı artıq 2023-cü ildə dayandırılmışdı.