Avtosfer portalından alınan məlumata görə, Icma.az xəbər verir.
“Volkswagen” konsernində (VW) keçirilən daxili sorğunun nəticələri ictimaiyyətə elan edilib.
Avtosfer.az xəbər verir ki, idarə heyətinin 10 üzvündən altısı vəziyyəti mövcudluq üçün təhlükəli hesab edib. 3 nəfər isə vəziyyəti çox gərgin kimi xarakterizə edib. İdarəçilərin heç biri konsernin vəziyyətini sabit hesab etməyib.
7 il əvvələdək VW Çində ildə orta hesabla 4,5 milyon avtomobil satırdı. Gəlirin böyük hissəsi elə bu bazarda formalaşırdı. İndi isə bu bazarda yerli istehsalçılar dominantlığı ələ alıb. İdarəçilərin yekdil fikri budur ki, yeni bazarlar tapmaq mütləqdir. Bunun üçünsə konsepsiya dəyişikliyi zəruridir.
Lakin, bu dəyişikliyi yaxın aylarda reallaşdırmaq mümkün deyil. Menecerlər yeni bazar tapmağın çox çətin olduğu qənaətindədirlər.
Vüqar