“Volkswagen”dən müdafiə sənayesi üçün ilk addım

07.09.2026

Icma.az, Banco.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Volkswagen”dən müdafiə sənayesi üçün ilk addım.

Banco.az xəbər verir ki, aşağı büdcəli çinli rəqibləri ilə rəqabətdə çətinlik çəkən və tarixinin ən böyük yenidənqurma prosesinə başlayan “Volkswagen” avtomobil istehsalı müəssisələrinin hərbi istehsala yönəldilməsinə dair ilk nümunəvi razılaşmaya imza atıb.

İlkin razılaşma şərtlərinə əsasən, avtomobil istehsalının 2027-ci ilin yayında başa çatacağı Osnabrük zavodu İsrailin “Aurelius Capital” şirkətinə və “Volkswagen”in ikinci ən böyük səhmdarı olan Aşağı Saksoniya əyalətinin hökumətinə satılacaq.

İşçi nümayəndələri və həmkarlar ittifaqı rəsmiləri bildiriblər ki, bu satış nəticəsində müəssisədə çalışan 1 800 nəfərdən təxminən 1 400-nün iş yeri qorunub saxlanıla bilər.

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью