“Volkswagen”i evə çırpdı Fotolar

06.12.2024

Qafqazinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Qaxda ağır yol-nəqliyyat qəzası olub.

“Qafqazinfo” xəbər verir ki, qəza ötən axşam şəhərin İsmayıl Dağıstanlı küçəsində baş verib.

Belə ki, rayon sakini 1982-ci il təvəllüdlü Mustafayev Ramin İbrahim oğlu “Volkswagen” minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirərək maşını dirəyə, daha sonra isə evə çırpıb.

Qəzada ağır xəsarətlər alan sürücü Qax rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Surxay Şahbazov







Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью