“Volkswagen”in bu modellərində problem YARANDI 177 mindən çox avtomobili geri çağıracaq

07.03.2025

Icma.az, Avtosfer portalına istinadən məlumat verir.

Almaniyanın avtomobil istehsalçısı “Volkswagen”, mühərrik qapağının boşalması riski ilə əlaqədar ABŞ-da 177 min 493 krossover SUV modelini geri çağıracaq.

Avtosfer.az xəbər verir ki, qərar cümə günü ABŞ-ın Avtomobil Yollarının Hərəkətinin Təhlükəsizliyi üzrə Milli Administrasiyası (NHTSA) tərəfindən açıqlanıb.

Məlumata görə, mühərrik qapağı texniki xidmətdən sonra səhv quraşdırılarsa, o, boşalıb mühərrikin isti səthləri ilə təmasda ola bilər və bu da yanğın riskini artırır.

Geriçağırma 2024 və 2025-ci il modellərinə aid bəzi “Atlas” və “Atlas Cross Sport” avtomobillərini əhatə edir.

Nasazlıq pulsuz aradan qaldırılacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью