“Volkswagen”in işçiləri ixtisarlara qarşı tətil edəcəklər

02.12.2024

Olke.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Volkswagen” avtomobil konserninin işçiləri Almaniyada iş yerlərinin ixtisarına qarşı bazar ertəsi, dekabrın 2-də tətil edəcəklər.

Ölkə.az “Report”-a istinadən xəbər verir ki, bu barədə “IG Metall” sənaye həmkarlar ittifaqının Aşağı Saksoniyadakı nümayəndəsi Torsten Qröqer məlumat verib.

“Bazar ertəsi bütün fabriklərdə xəbərdarlıq tətilləri olacaq”, - deyə o qeyd edib. Torsten Qröqer əlavə məlumat verməyib.

Almaniyanın “Volkswagen” avtomobil konserni qənaət tədbirləri çərçivəsində azı üç zavodunu bağlamaq və bununla da on minlərlə iş yerini ixtisar etmək niyyətindədir. Almaniyada şirkətin on zavodunda 120 minə yaxın işçi çalışır. Konsern daxilində qənaət tədbirlərinin tərəfdarları 30 minə qədər işçini ixtisar etmək istəyirlər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью