“Volkswagen”in rəhbəri Almaniyada fabriklərin tezliklə bağlanacağını açıqladı

25.11.2024

Yeniavaz portalından verilən məlumata əsasən, Icma.az bildirir.


“Volkswagen”in baş direktoru Tomas Şefer, xərcləri 4 milyard avro azaltmaq üçün Almaniyadakı fabriklərin bağlanmasının və işçilərin işdən çıxarılmasının qaçılmaz olduğunu açıqlayıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
“İstənilən həll həm həddindən artıq gücü, həm də xərcləri azaltmalıdır. Əks halda, bu, bizim üçün ciddi nəticələrlə bitə bilər”, - Tomas Şefer bildirib.
Top menecer qeyd edib ki, əksər iş yerlərinin ixtisarı insanların işdən çıxarılması və ya vaxtından əvvəl təqaüdə çıxması yolu ilə həyata keçiriləcək. Bundan əlavə, işçilərin maaşlarının 10% azaldılması təklif edilir. Konsern həmçinin 3-4 il ərzində maliyyə restrukturizasiyasını həyata keçirməyi planlaşdırır, çünki bu, 2035-ci ilə qədər təxirə salınarsa, rəqibləri “Volkswagen”i ötəcək.
Alman avtomobil nəhənginin top meneceri hansı zavodlardan bəhs etdiyimizi dəqiqləşdirməyib. Bununla belə, daha əvvəl bildirilib ki, “Volkswagen” itkilərlə mübarizə çərçivəsində Almaniyada ən azı üç fabrikini bağlamaq niyyətindədir. Onlardan biri Osnabrückdə yerləşir.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью