“Volkswagen”in zavodunda hərbi avadanlıq istehsal ediləcək

08.09.2026

Avtosfer saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Aşağı Saksoniya federal torpağı İsrailin “Aurelius Capital” şirkəti ilə birgə “Volkswagen” konserninin Osnabrük şəhərindəki zavodunu almağı planlaşdırır.

Avtosfer.az “Deutsche Welle”yə istinadla xəbər verir ki, zavodda rekonstruksiya aparılaraq müdafiə təyinatlı məhsullar istehsal olunacaq. Layihəyə görə ilk olaraq hava hücumundan müdafiə sistemləri üçün komponentlər istehsal ediləcək.

Plana əsasən “Aurelius” əsas, Aşağı Saksoniya isə kiçik səhmdar olacaq. Layihənin detalları yaxın aylarda məlum olacaq. Federal torpaq rəhbərlıiyi bildirir ki, bu addım Osnabrük şəhərində sənayenin canlanması üçün böyük addım olacaq.

İsrail tərəfi əməkdaşlığın uzunmüddətli olacağını bildirib. Qeyd olunub ki, Avropa və Almaniyaya lazım olan HHM sistemləri elə Almaniyanın özündə istehsal ediləcək.

Vüqar

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью