Volodimir Zelenski: ABŞ Prezidenti ilə görüş müharibənin sonunu yaxınlaşdıra bilər

15.10.2025

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Kiyev, 15 oktyabr, AZƏRTAC

ABŞ Prezidenti Donald Trampla oktyabrın 17-nə planlaşdırılan görüş çoxməzmunlu olacaq və Ukraynadakı müharibənin sonunu yaxınlaşdıra bilər.

AZƏRTAC xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski müraciətində bildirib.

Onun sözlərinə görə, Ukrayna Trampla gözlənilən görüşün hərbi və iqtisadi aspektlərini artıq hazırlayıb.

“Bu, həqiqətən də müharibənin sonunu yaxınlaşdıra bilər. Birləşmiş Ştatlar belə qlobal təsir potensialına malikdir və biz dünyada başqalarının bu səydə bizim tərəfimizdə olmasını təmin etmək üçün hər şeyi edirik”, - Zelenski bildirib.

Prezident əlavə edib ki, hazırda Ukraynanın Baş naziri Yuliya Sviridenko, Prezident Ofisinin rəhbəri Andrey Yermak və digər rəsmi şəxslər Vaşinqtonda səfərdədirlər.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью