Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
“Böyük Britaniyaya çatdım. Planlara Baş nazir Endi Börnemlə, eləcə də hazırda Britaniyada olan qoşunlarımızla – xüsusilə də “Sea Breeze” təlimlərində iştirak etmiş hərbçilərimizlə görüşlər daxildir”.
Bunu Ukrayna Prezidenti “X” platformasında paylaşıb. Müharibənin davam etdiyi illər ərzində Ukrayna ilə Böyük Britaniya arasındakı əməkdaşlığın, tarixində ən güclü münasibətlərin qurulduğunu yazan Zelenski əsas prioritetlər sırasına hava hücumundan müdafiə, dəniz təhlükəsizliyi və birgə müdafiə istehsalı, yəni hər iki dövləti gücləndirən əməkdaşlıq sahələri daxildir: “Biz Britaniyanın prinsipial qərarlarına, liderliyinə və dəstəyinə hər zaman arxalana bilməyimizə yüksək dəyər veririk”.
XQ