Volodimir Zelenski: Müharibədə 55 min ukraynalı hərbçi həlak olub

05.02.2026

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Kiyev, 5 fevral, AZƏRTAC

Rusiyanın Ukraynaya qarşı başladığı müharibədə indiyədək 55 min ukraynalı hərbçi həlak olub.

AZƏRTAC xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski “France 2” Televiziyasına müsahibəsində bildirib.

"Ukraynada döyüş meydanında həlak olan hərbçilərin - həm peşəkar hərbçilərin, həm də səfərbər olunmuşların - rəsmi sayı 55 mindir” deyə Ukrayna dövlət başçısı əlavə edib.

Prezident, həmçinin qeyd edib ki, Ukraynanın itkin düşmüş hesab etdiyi çox sayda insan da var.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью