Volodimir Zelenski Parisə səfər edib

13.07.2026

Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Ukrayna Prezidenti Volodimir Zelenski Fransanın paytaxtı Paris şəhərində səfərdədir.

XQ Ukrayna kütləvi informasiya vasitələrinə istinadla xəbər verir ki, bu barədə Ukrayna dövlət başçısının kommunikasiya məsələləri üzrə müşaviri Dmitri Litvin məlumat yayıb.

Bildirilib ki, V.Zelenski Parisdə “Qətiyyətlilər koalisiyası” liderlərinin toplantısında iştirak edəcək. Sammit çərçivəsində Ukraynanın hava hücumundan müdafiə (HHM) imkanlarının gücləndirilməsi, raket əleyhinə sistemlərin qurulması, həmçinin ABŞ-nin Ukrayna ərazisində “Patriot” komplekslərinin istehsalı məqsədilə lisenziyaların verilməsinə dair bu yaxınlarda açıqladığı planlar ətraflı müzakirə olunacaq.

Görüşdə, həmçinin koalisiyaya yeni qoşulacaq iki dövlətin – Moldova və Şimali Makedoniyanın da iştirakı gözlənilir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью